Çeçenistanda hərbi avtomobilə atəş açıldı - ölən və yaralanan var

24 Oktyabr 2024 21:26

Çeçenistanda naməlum şəxslər Milli Qvardiyaya məxsus "Ural" markalı avtomobilə atəş açıblar.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində bir nəfər həlak olub.

Milli Qvardiyanın avtomobilinə hücum günorta saatlarında respublikanın Qroznı rayonunun Petropavlovskaya kəndində baş verib.

İlkin məlumata görə, hücum nəticəsində bir əsgər həlak olub, bir əsgər isə yaralanıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Cinayətkarların hadisə yerindən qaçdığı bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun