Bakıda avtomobil qatarla toqquşdu, ölən var

24 Oktyabr 2024 20:34

Bakıda avtomobil qatarla toqquşub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib.

Minik avtomobilinin qatarla toqquşması nəticəsində sərnişin 70 yaşlı Məmmədova Rüstəmxanım Baba qızı xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Həkimlərin gördükləri tədbirlərə baxmayaraq, qadın orada ölüb.

Araşdırma aparılır.

Milli.Az