Türkiyədə dayanacaqda 24 ildir sevgilisini gözləyənkişiyə sığınacaq verildi - FOTO

24 Oktyabr 2024 20:10

Türkiyənin Sinop şəhərində Ecevit Öküzcü adlı yerli sakin 24 ildir ki, yol kənarındakı dayanacaqda sevgilisini gözləyir. Yerli sakinlər kişiyə dəstək olur və bir qayğıkeş qadın ona konteyner ev bağışlayıb. 

Milli.Az lent.az-a istinadən bu təsirli hekayəni təqdim edir.

Artıq dörddə bir əsrdir ki, sevgilisini yol kənarında gözləyən 48 yaşlı kişi Aşık Ecevit ləqəbini alıb.

İllər keçdikcə Ecevit sevgisinə qovuşmaq ümidini itirməyib və eyni dayanacağa gəlməyə davam edir.

Ecevit soyuq qış günlərində belə yol kənarında vaxt keçirir. Tez-tez bu yerdən keçən yük maşını sürücüsü Sevgi Altınal onu görüb və kömək etmək qərarına gəlib. Ecevitin soyuq mövsümdə donmaması üçün ona sığınacağına çevrilən kiçik konteyner ev verib.

Sevgi Eceviti ziyarət etmək və ona yemək gətirmək üçün müntəzəm olaraq avtobus dayanacağında dayanır. O, digər yerli sakinləri gündəlik ehtiyaclarına kömək edərək onu tək qoymamağa çağırıb. Qadın belə bir yardım göstərməkdən məmnun olduğunu, Eceviti dəstəkləməkdən qürur duyduğunu qeyd edib.

Ecevit belə diqqətdən duyğulanıb və hədiyyəsinə görə Sevgiyə təşəkkür edib. İndi o, sevgilisini gözləməyə davam edərkən əlverişsiz havadan daldalana biləcəyi bir yerə sahibdir.

Milli.Az