Busanda ABŞ-nin hərbi anbarında güclü yanğın - VİDEO

24 Oktyabr 2024 20:02

Koreyanın cənub-şərqində yerləşən Busan şəhərində Amerika hərbçiləri üçün 55-ci təchizat anbarında yanğın baş verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə yerli KBS telekanalı məlumat yayıb.

Bildirilir ki, yanğın şəhərin mərkəzində yerləşdiyi üçün Busan hakimiyyəti vətəndaşların təhlükəsizliyinə xüsusi diqqət yetirir. Sakinlərə fövqəladə hallarda necə davranmaq barədə tövsiyələr olan mesajlar göndərilib.

Hazırda hadisə yerində 160-dan çox fövqəladə hallar xidmətinin əməkdaşı və 50-dən çox texnika çalışır. Onlar bir neçə saatdır ki, yanğını nəzarət altına almağa çalışsalar da, hələ ki, uğursuz alınıb.

Anbarın ABŞ hərbi texnikasının saxlanması üçün istifadə olunuduğu bildirilib. 

Hələlik itkilər barədə məlumat verilməyib. 

Milli.Az