Onlar hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək

24 Oktyabr 2024 19:28

"Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişiklik olunur.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, sözügedən qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətməklə hərbi xidmətdən buraxılan şəxslərlə yanaşı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), xidməti uyğunsuzluğa görə hərbi xidmətdən buraxılanlar da (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək.  

Milli.Az