İran AES-də güclü partlayış baş verdi - VİDEO

24 Oktyabr 2024 18:11

İranda, Tehranın qərbində yerləşən Kərəc atom elektrik stansiyasında (AES) partlayış və yanğın baş verib.

Milli.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İsrail kəşfiyyatı ilə əlaqəli "Terror Alarm" nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə dünən olub.

İran rəsmi qurumları qəzanın səbəbləri ilə bağlı heç bir açıqlama verməyib.

Milli.Az