Gənc qız 18 santimetrlik çəngəl uddu - FOTO

24 Oktyabr 2024 19:03

Türkiyədə 18 yaşlı gənc qız çəngəl udub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə 18 yaşlı qız təcili yardımla xəstəxanaya gətirilib. 

Burada rentgeni çəkilən xəstənin qida borusunda 18 santimetrlik çəngəl olduğu müəyyən edilib.

Həkimlər endoskopiya edərək çəngəli ağızdan çıxarmağa çalışıblar. Lakin qidaya və nəfəs borusuna zərər vermə ehtimalına görə, qız əməliyyat olunub. Əməliyyat uğurla keçib və çəngəl çıxarılıb. Xəstənin səhhətinin yaxşı olduğu bildirilib.

Həkimlər isə bu kimi halla ilk dəfə qarşılaşdıqlarını və əməliyyat haqda məqalə yazacaqlarını deyiblər. 

Nərmin Mahmudova
Milli.Az