“Sabah”ın basketbolçusu turun ən yaxşıları arasında

24 Oktyabr 2024 17:19

FİBA Avropa kubokunda həftənin ən yaxşıları açıqlanıb.

Milli.Az idman.az-a istinadən xəbər verir ki, III turun rekordçuları arasında "Sabah" da təmsil olunub.

Azərbaycan çempionunun legioneri Klavs Kavars fərqlənib. Basketbolçumuz ribaund sayında öndə qərarlaşıb.

O, İsveç "Nörçöppinq"i ilə görüşdə 14 ribaunda imza atıb. Kavars III turun şərikli rekordçusu olub. "Petrolina"nın oyunçusu Cesse Hant da eyni göstərici ilə yadda qalıb.

Qeyd edək ki, "Sabah" İsveç klubuna 70:74 hesabı ilə uduzub.

Milli.Az