Yaxın Şərq müharibənin astanasındadır - Putin

24 Oktyabr 2024 16:17

Yaxın Şərq genişmiqyaslı müharibənin astanasındadır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kazan şəhərində XVI BRİKS Sammitinin "Outreach" / "BRİKS+" formatının ilk plenar iclasında çıxışında deyib.

Putinin sözlərinə görə, Qəzza zolağındakı əməliyyatlar zamanı 40 mindən çox insan həlak olub ki, onun da əksəriyyəti mülki əhalidir.

Rusiya prezidenti Yaxın Şərqdəki vəziyyətin Fələstin dövlətinin yaradılması yolu ilə həllinin vacibliyini vurğulayıb.

Milli.Az