Bakıda günorta vaxtı məktəblini "oğurlamaq" istəyən 14 yaşlı yeniyetmə saxlanıldı - YENİLƏNİB

24 Oktyabr 2024 17:15

-------
​17:15

Naməlum şəxs tərəfindən azyaşlının təqib edilməsilə bağlı yayılan görüntülər araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı Milli.Az-a bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxs - 14 yaşlı yeniyetmə müəyyən olunaraq saxlanılıb. 

Araşdırmalarla əməldə hər hansı kriminal tərkib müəyyən olunmayıb. 

Məktəbli yeniyetmələr arasında narazılığa səbəb olan halların aradan qaldırılması üzrə polis əməkdaşları tərəfindən tədbirlər görülür.

-------
15:50

Xəbər verdiyimiz kimi, bugün Bakının Ramana qəsəbəsində uşaq oğurluğuna cəhd edilib.

Milli.Az xəbər verir ki, məktəblini oğurlamaq istəyən şəxsi görən ətrafdakı vətəndaşlar ona mane olub və oğlan bu sayədə qaça bilib. Oğru isə qorxub ərazini tərk edib. Məktəblini oğurlamaq istəyən şəxsin görüntüsü təhlükəsizlik kameralarına düşüb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən şəxsin kimliyi məlum olub. Belə ki, hadisəni törədən şəxs sözü gedən məktəblinin keçmiş sinif yoldaşı olub. 

Ehtimala görə, o bu əməli zarafat məqsədilə edib. 

Qeyd edək ki, məsələ ilə bağlı ərazi üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-də araşdırma başlanılmışdı.

Daha bir rayonun hərbi komissarı saxlanıldı

İnqilab Məmmədov
Milli.Az