Ermənistanda yeni qvardiya yaradılır:Mitinqlərin qarşısını alacaq

24 Oktyabr 2024 16:00

Ermənistan parlamenti Polis Qvardiyasının yaradılması haqqında qanun qəbul edib.

Milli.Az xəbər verir ki, bu barədə erməni mətbuatı xəbər yayıb.

Ermənistan parlamenti ikinci və yekun oxunuşda Polis Qvardiyasının yaradılması haqqında qanunu qəbul edib. 65 deputat qanun layihəsinin "lehinə", 28 deputat "əleyhinə" səs verib. 

Əvvəlcə mühafizənin 2025-ci ilin martında yaradılacağı güman edilsə də, təşkilati problemlərə görə tarix gələn ilin noyabrına təxirə salınıb.

Eyni zamanda, müzakirələrdən sonra Baş nazirin mümkün xüsusi göstərişləri ilə bağlı müddəa qanun layihəsindən çıxarılıb. Belə ki, daha əvvəl qanun layihəsi Baş nazirin hərbi vəziyyət rejimi zamanı Polis Qvardiyasına hərbi əmrlər və göstərişlər verə bilməsini nəzərdə tuturdu. 

Bununla belə, Sarkisyan qeyd edib ki, hərbi vəziyyətin yaranması halında qvardiya xüsusi göstərişlər yerinə yetirə bilər.

Qeyd edək ki, sözügedən qvardiyaya mitinqlər zamanı tapşırıqların verilməsi nəzərdə tutulur.

Nərmin Mahmudova
Milli.Az