Daha bir binada PARTLAYIŞ - yaralananlar var - YENİLƏNİB

24 Oktyabr 2024 15:06

23.10.2024-cü il tarixində saat 11:10 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1973 və 1982-ci il təvəllüdlü şəxslər (kişi cinsli) hospitalizasiya olunub.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, baş-boynun termiki və kimyəvi yanığı diaqnozu təyin edilən 1973-cü il təvəllüdlü və gövdənin, baş-boynun termiki və kimyəvi yanığı diaqnozları təyin edilən 1982-ci il təvəllüdlü şəxslərə xəstəxananın Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib. Göstərilən yardımlardan sonra həmin şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, Sumqayıtda yerləşən müəssisədə partlayış baş verib, iki nəfər xəsarət alıb.

---------

14:30

Sumqayıtda yerləşən müəssisədə partlayış baş verib, iki nəfər xəsarət alıb.

Milli.Az sfera.az-a istinadla xəbər verir ki, 1982-ci il təvəllüdlü Təbriz Səfər oğlu Məmmədəliyev və 1972-ci il təvəllüdlü İlham Maarif oğlu Nuruyev çalışdıqları müəssisədə qaynaq işləri görən zaman qaz sızması nəticəsində partlayış baş verib.

Nəticədə hər iki şəxs termik yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az