İzmirdə 37 yaşlı kişi ögey qardaşı və arvadını öldürüb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərində baş verib.
Fermer Mehmet Tosun Aydında yaşayan ögey qardaşı İsa Akayla içki içib. Bir müddət sonra Tosunla Akay arasında mübahisə düşüb. Mehmet Tosun ögey qardaşı və öz həyat yoldaşı Hasibe Tosunu ov tüfəngi ilə öldürüb. Üç uşaq atası daha sonra polis çağıraraq təslim olub.
Tosun ilk ifadəsində həyat yoldaşı ilə ögey qardaşının münasibətdə olduqlarını öyrəndiyi üçün öldürdüyünü bildirib.
Faktla bağlı araşdırma davam edir.
Nərmin Mahmudova
Milli.Az