Məşhur reper təcili xəstəxanaya yerləşdirildi - konsertləri ləğv oldu

24 Oktyabr 2024 13:57

Məşhur reper Cardi B xəstəxanaya yerləşdirilib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Kardi B özü bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Onun yaxın günlərə təyin olunan bütün tədbirləri ləğv edilib.

Müğənni "Bu xəbəri paylaşdığım üçün çox kədərləndim, amma son bir neçə gündür xəstəxanadayam. Bu səbəbdən "ONE MusicFest"də çıxış edə bilməyəcəm. Məni başa düşdüyünüz üçün təşəkkür edirəm və mən tezliklə daha yaxşı və daha güclü olacağam. Narahat olmayın. Sizi çox sevirəm" sözlərini deyib.

Fidan
Milli.Az