Şəhid anası vəfat etdi - FOTO

24 Oktyabr 2024 12:43

Vətən müharibəsi şəhidi Rövlan Məmmədovun anası vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin anası Solmaz xanım xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Rövlan Məmmədov 2020-ci ilin oktyabrında Füzuli uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.

Milli.Az