Çörək əvəzinə turp yeyin - Canan Karatay açıqladı

24 Oktyabr 2024 12:40

Prof. Dr. Canan Karatay çörəyin zərərlərini açıqlayıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Karatay "Bütün xəstəliklərin kökündə həddindən artıq istehlak edilən buğdadan hazırlanan çörək dayanır" deyə xəbərdarlıq edib.

Karatay səhər yeməyində çörək yerinə istehlak edilə biləcək qidaları açıqlayıb:

"Günün ən vacib yeməyi səhər yeməyidir. Əsl səhər yeməyi yesək, ac qalmayacağıq. Kənd yumurtası və yağı ilə omlet hazırlayın; Yanına təbii zeytun qoyub yesəniz aclıq hiss etməyəcəksiniz.Çörək yerinə çiy kök və turp əlavə edə bilərik.  Üstəlik, şəkərsiz qəhvə içə bilərsiniz" .

Nərmin Mahmudova
Milli.Az