Tanınmış idmançı Kamil Zeynallı "Elcanlı" verilişinin qonağı olub.
Milli.Az xəbər verir ki, fitnes məşqçisi verdiyi açıqlama ilə diqqət çəkib.
Kamil artıq insanlara kömək etməyəcəyini deyib:
"Daha heç kimə yardım etməyəcəyəm. Öz işimlə məşğul olacağam. Sosial şəbəkə hesablarımın mesaj bölümünə yardımla bağlı çoxsaylı mesajlar alıram. İş üçün mənə yazırlar. Mən "İşədüzətmə" bürosuyam?
Qohumlarımda nə qədər işsizlər var. Onlara iş axtarıram, düzəldə bilmirəm. Çətin günlərdə - pandemiya, müharibə zamanı əlimdən gələn dəstəyi göstərdim. İnsanlar Kamilin necə insan olduğunu tanıdı".
Hüseyn
Milli.Az