Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi - YENİLƏNİB - FOTO

24 Oktyabr 2024 12:21

Xəbər verdiyimiz kimi, bugün Bakının Ramana qəsəbəsində uşaq oğurluğuna cəhd edilib.

Milli.Az xəbər verir ki, məktəblini oğurlamaq istəyən şəxsi görən ətrafdakı vətəndaşlar ona mane olub və oğlan bu sayədə qaça bilib. Oğru isə qorxub ərazini tərk edib. Məktəblini oğurlamaq istəyən şəxsin görüntüsü təhlükəsizlik kameralarına düşüb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən şəxsin kimliyi məlum olub. Belə ki, hadisəni törədən şəxs sözü gedən məktəblinin keçmiş sinif yoldaşı olub. 

Ehtimala görə, o bu əməli zarafat məqsədilə edib. 

Qeyd edək ki, məsələ ilə bağlı ərazi üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-də araşdırma başlanılmışdı.

12:21

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı İbrahim Əmiraslanlı məsələ ilə bağlı Milli.Az-a bildirib ki, vətəndaş K.Seyidov polisə müraciət edərək ötən gün yetkinlik yaşına çatmayan övladının Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən təqib edildiyini bildirib. Məsələ ilə bağlı ərazi üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-də araşdırmalara başlanılıb. Məsələ ilə bağlı əlavə məlumat veriləcək.

------

11:48

Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.

Hadisə ötən gün Ramana ərazisində baş verib.

Məsələ ilə bağlı Milli.Az-a bildirilib ki, məktəblini oğurlamaq istəyən şəxsi görən ətrafdakı vətəndaşlar reaksiya göstərib.

Oğlan bu sayədə qaça bilib. Oğru isə qorxub ərazini tərk edib.

Məktəblini oğurlamaq istəyən şəxsin görüntüsü təhlükəsizlik kameralarına düşüb.

Uşağın atası Seyidov Kamil Milli.Az-a bildirib ki, onun 14 yaşı var, o, özü qaçaraq məlumat verib. Hazırda polis idarəsindədirlər, araşdırma aparılır.

Milli.Az