Paşinyan Kazana getdi - VİDEO

24 Oktyabr 2024 10:14

Paşinyan sammitin yekun gününün tədbirlərində iştirak edəcək.

Milli.Az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan BRİKS sammitində iştirak etmək üçün Kazana gəlib.Ermənistan baş nazirinin təyyarəsi yerli vaxtla saat 07:05 radələrində Kazan hava limanına enib.Paşinyan sammitin yekun gününün tədbirlərində iştirak edəcək.

Onu hava limanında Rusiya nümayəndə heyəti qarşılayıb. Paşinyan duz-çörəklə qonaq edilib və ənənəvi tatar şirin çak-çakını dadıb.

Oktyabrın 23-də Nikol Paşinyan parlamentdə bəyan edib ki, BRICS sammitində iştirak Ermənistan üçün vacibdir, çünki onun gündəliyi birbaşa ona aiddir.

Nərmin Mahmudova
Milli.Az