"Qarabağ" bu gün UEFA Avropa Liqasında Niderlandın "Ayaks" klubunu qəbul edəcək.
Milli.Az report-a istinadən xəbər verir ki, Liqa mərhələsinin III turuna təsadüf edən qarşılaşma saat 20:45-də start götürəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matçın baş hakimi şotlandiyalı FIFA referisi Nikolas Uolş olacaq.
UEFA Avropa Liqası
Liqa mərhələsi
III tur
24 oktyabr
20:45. "Qarabağ" - "Ayaks" (Niderland)
Baş hakim: Nikolas Uolş (Şotlandiya).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
Qeyd edək ki, Azərbaycan çempionu I turda İngiltərədə "Tottenhem"ə (0:3), növbəti görüşdə isə evdə İsveçin "Malmö" kollektivinə uduzub - 1:2. İlk oyunda Türkiyənin "Beşiktaş" klubunu 4 cavabsız qolla üstələyən "Ayaks" ikinci matçda Çexiyada "Slaviya" (Praqa) ilə heç-heçə edib - 1:1.
Milli.Az