Gəncədə ağır qəza - 2 yük maşını toqquşdu - FOTO

24 Oktyabr 2024 09:05

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin "Gəncə Qapıları" adlanan ərazisi yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı yük avtomobili "HOWO" markalı avtomobilə çırpılıb.

Nəticədə "Mercedes" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca dəyib.

Qəza zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib. Bundan başqa "Mercedes" markalı yük avtomobilində olan məişət avadanlıqları yolun hərəkət hissəsinə dağılıb.

Yolda bir qədər tıxac yaranıb, əraziyə DYP əməkdaşları cəlb olunub. Hərəkət tam bərpa edilib, qırlılıb sınan məişət avadanlıqları yoldan təmizlənib.

Qeyd edək ki, hadisə vaxtı sahibkara xeyli ziyan dəyib. Baş vermiş qəza ilə bağlı araşdırma aparılır.

Milli.Az