İsrailə 100-dən çox raket atıldı

24 Oktyabr 2024 09:02

Livanın "Hizbullah" hərəkatı İsrailə təxminən 135 raket atıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) "Telegram" kanalında məlumat verilib.

"Bu gün (23 oktyabr) saat 23:00-a olan məlumata görə, "Hizbullah" terror təşkilatı tərəfindən atılan təxminən 135 mərmi Livanın İsraillə sərhədini keçib", - deyə məlumatda deyilir.

Nə qədər raketin vurulduğu və nə qədərinin hədəfə çatdığı barədə isə heç bir məlumat verilmir.

Milli.Az