İsrail “Al Mayadeen” telekanalının ofisinə zərbələr endirdi

24 Oktyabr 2024 11:20

İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrutda "Al-Mayadeen" telekanalının ofisinə zərbələr endirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə telekanalın saytında məlumat verilib.

Bildirilib ki, paytaxtın cənub ərazisində yerləşən ofisə hücum oktyabrın 23-ü axşam saatlarında baş verib.

"Al Mayadeen" qeyd edib ki, kanalın əməkdaşları hərbi əməliyyatlar başlayandan sonra ofisi tərk ediblər.

Milli.Az