"Bu yerə tərbiyəmlə gəlmişəm. Necə ailədən çıxmışıq hamı bilir" - Təranə Qumralın qızı - FOTO

24 Oktyabr 2024 08:38

Təranənin müğənni qızı Qumral STV-nin efirində gözəlliyinin onun da başına bəla olduğunu bildirib.

Milli.Az parol.az-a istinadla xəbər verir ki, Qumral "şarmlığımdan, gözəlliyimdən başım çox çəkib", - etirafı ilə təəccübləndirib.

Gənc ifaçı qeyd edib ki, bəzi kişi xeylaqları onla münasibət qurmaq üçün dəridən-qabıqdan çıxırlar:

"Bəzi bəylər özlərini nə sayır?! Onlar qoy özünü ağıllı hesab etsinlər, ancaq Qumu var ha, hamıda ağıllıdır. Baxışından bilirəm ağlından nə keçir. Yəni mən çox ağıllı qadınam. Çox ağıllıyam ki, bu yerə ağılnan, tərbiyə ilə, öz mədəniyyətimlə, hörmətimlə gəlib çıxmışam. Heç kim mənim arxamca heçnə danışa bilməz. Necə ailədən gəlmişik hamı bilir və necəyik, onu da hamı bilir. Bakı balaca şəhərdir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun