Navai 600 minlik maşınını satır - FOTO

24 Oktyabr 2024 08:08

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) bahalı avtomobilini satışa çıxarıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb.

Navai ötən il aldığı "Mercedes-Benz G63 AMG" maşınının fotosunu izləyiciləri ilə bölüşərək "Onlar deyirdilər ki, sevgi satılmır. Satıram" sözlərini yazıb.

Qeyd edək ki, sözügedən avtomobilin Rusiyadakı qiyməti 600 min manata yaxındır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun