“Real”da “El Klasiko” öncəsi ciddi itkilər

24 Oktyabr 2024 08:25

"Real Madrid"in futbolçuları Rodriqo Qoes və Tibo Kurtua zədələnib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 23 yaşlı hücumçu və 32 yaşlı qolkiper Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Dortmund "Borussiya"sı ilə matçda sıradan çıxıblar.

Hər iki futbolçu La Liqanın 11-ci turunda "Barselona" ilə oyunu buraxacaq. 

Qeyd edək ki, paytaxt təmsilçisi ilə kataloniyalılar oktyabrın 26-da, "Santyaqo Bernabeu"da üz-üzə gələcəklər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun