"Mançester"in kapitanı sevgilİsinə məhkəmədə qalib gəldi, arvadını QƏZƏBLƏNDİRDİ - FOTO

27 Oktyabr 2024 04:04

"Mançester Siti" futbol klubunun kapitanı Kayl Uoker son vaxtlar mətbuatda aktiv şəkildə müzakirə olunur, lakin onun idman uğurlarına görə deyil.

Milli.Az lent.az-a istinadən bildirir ki, keçən ilin dekabrında məlum olub ki, futbolçunun həyat yoldaşı Enni başqa bir xəyanətə görə onu tərk edib. Ancaq bir müddət sonra o, xəyanətkar ərini bağışlayıb və münasibətlərin yaxşılaşdığı görünüb, lakin sonra yeni bir problem ortaya çıxıb.

Kaylın məşuqəsi Lorin Qudman onu məhkəməyə verərək pul tələb edib. Məhkəmə futbolçunun tərəfini tutub, lakin proses zamanı onun artıq Lorin üçün xərclədiyi məbləğlər üzə çıxıb və bu, arvadını tamamilə hiddətləndirib.

Britaniyanın "The Sun" qəzetinin yazdığına görə, Enni boşanmaq üçün məhkəməyə müraciət edib və Kaylın sərvətinin yarısını almaq istəyir. Əgər əvvəllər o, Lorinə sponsorluq etməyi dayandırmaq şərti ilə barışmağa hazır idisə, indi heç bir halda yenidən birləşmə variantını nəzərdən keçirmir. Üstəlik, o, artıq futbolçu ilə əlaqə saxlamır, bütün danışıqları vəkillərə həvalə edir.

Milli.Az