“Bavariya”nın məşqçisi Barselonada qarət olundu

24 Oktyabr 2024 07:23

"Bavariya"nın məşqçilərindən biri Barselonada qarət edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən Almaniya klubunun məşqçisi hücuma məruz qalıb. Barselonada küçədə onun saatı, telefonu və pul kisəsi oğurlanıb. Hücum edən şəxs hadisə yerindən qaçıb, polis araşdırma aparır.

Qarət edilən məşqçinin adı açıqlanmır.

Qeyd edək ki, bu gün Çempionlar Liqasında Liqa mərhələsinin III turu çərçivəsində "Bavariya" səfərdə "Barselona"nın qonağıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun