Türkiyəyə uzanan çirkli əllər... - Ərdoğan

23 Oktyabr 2024 23:18

TUSAŞ-a qarşı terror aktı "Tam Müstəqil Türkiyə" idealımızın simvolu olan ölkəmizin sağ qalmasını, millətimizin əmin-amanlığını və müdafiə təşəbbüslərimizi hədəf alan alçaq bir hücumdur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında yazıb.

"Millətimiz bilməlidir ki, Türkiyəyə uzanan çirkli əllər mütləq qırılacaq. Təhlükəsizliyimizi hədəfləyən heç bir quruluş, heç bir terror təşkilatı, heç bir şər qüvvə öz məqsədlərinə çata bilməyəcək", - Ərdoğan bildirib.

Qeyd edək ki, bu gün Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti - TUSAŞ-ın binasında terror aktı törədilib. Nəticədə 4 nəfər şəhid olub, 14-ü isə yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun