İlham Əliyev Kazanda MDB ölkələrinin liderləri ilə bir arada - FOTO

23 Oktyabr 2024 21:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda BRİCS sammiti çərçivəsində MDB ölkələrinin liderləri ilə qeyri-formal görüşü olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dövlət başçıları bir araya gələrək müzakirələr aparıblar.

Qeyd edək ki, bu gün Kazan şəhərində BRICS-ə üzv dövlətlərin dövlət başçılarının sammiti baş tutub.

BRİCS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİCS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun