NATO Baş katibi: Türkiyədəki terror aktını pisləyir, hadisələri yaxından izləyirik

23 Oktyabr 2024 19:46

Biz terrorizmin bütün formalarını şiddətlə qınayırıq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte "X" platformasındakı paylaşımında bildirib.

"Ankarada ölən və yaralananlarla bağlı xəbərlər narahatlıq doğurur. NATO müttəfiqimiz Türkiyənin yanındadır. Biz terrorizmin bütün formalarını şiddətlə qınayırıq və hadisələri yaxından izləyirik", - Rutte paylaşımında qeyd edib.

O, indilərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankaradakı terror aktı ilə bağlı telefon danışığı apardığını da vurğulayıb: "Mənim mesajım aydın idi: NATO Türkiyənin yanındadır!"

Milli.Az