Xüsusi təyinatlı qüvvələr terror baş verən ərazidə - VİDEO

23 Oktyabr 2024 19:48

Ankarada terror hadisəsi baş verən əraziyə Xüsusi təyinatlı qüvvələr cəlb olunub.

Milli.Az xəbər verir ki, onlar helikopter ilə əraziyə enib.

Qeyd edək ki, Türkiyədə TUSAŞ (Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı) obyektlərinə terror hücumu olub. Terror aktı nəticəsində şəhid və yaralananlar var. Hadisə yerinə çox sayda xüsusi təyinatlı polis və tibbi yardım heyəti cəlb edilib. İlk partlayışdan sonra silah səsləri eşidilib.

Məlumata görə, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışmalar davam edir və girovların olduğu bildirilir.

Milli.Az