Belarus Prezidenti Aleksandr Lukaşenko gələn il ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Lukaşenko bu barədə məlumatı "Rossiya-1" kanalının efirində yayımlanan "60 dəqiqə" proqramının aparıcısı Olqa Skabeyevaya müsahibəsində açıqlayıb.
O, aparıcının müvafiq sualına cavabında "Bəli, Olya, iştirak edəcəyəm" bildirib.
Xatırladaq ki, bu gün Belarusda Nümayəndələr Palatası (parlamentin aşağı palatası) prezident seçkilərinin tarixini açıqlayıb. Seçkilər 2025-ci il yanvarın 26-da baş tutacaq.
Onu da qeyd edək ki, Belarusda sonuncu prezident seçkiləri 2020-ci il avqustun 9-da keçirilib. Bu zaman hazırkı Prezident Aleksandr Lukaşenko 80,1 faiz səslə qalib gəlib. Onun müxalifətdən olan rəqibi Svetlana Tixanovskaya isə 10 faiz səs toplayıb.
Milli.Az