MMA döyüşçüsü 48 yaşında ölüb – məşqdən sonra...

23 Oktyabr 2024 18:00

Veteran MMA döyüşçüsü Andre Mussi 48 yaşında vəfat edib.

Milli.Az idman.az-a istinadən xəbər verir ki, o, məşqdən sonra qəflətən huşunu itirib.

Braziliyalı dərhal xəstəxanaya aparılıb. Amma həyatını xilas etmək mümkün olmayıb. Mussinin ölüm səbəbi bilinmir.

Qeyd edək ki, Andre Mussi 2010-cu ildə peşəkar karyerasını yekunlaşdırıb. O, rinqə çıxdığı 16 döyüşün 11-də qalib gəlib.

Milli.Az