Məşhur reper saxlanıldı - FOTO

23 Oktyabr 2024 16:50

Məşhur rusiyalı reper Quf (Aleksey Dolmatov) Moskvada dava etdiyi üçün saxlanılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb reperin sosial mediada tanış olduğu qızla görüşmək istəməsi olub. Bundan imtina edən qız bu barədə qardaşına bildirib. Onlar zəngləşərək görüşüblər. Quf oğlanın qulağına zərbə endirib və əlini yaralayıb. Zərərçəkmiş döyülmə anlarını polisə təqdim edib və ondan şikayətçi olub.

Quf saxlanılaraq polis şöbəsinə aparılıb.

Milli.Az