Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan 10 ad - SİYAHI

23 Oktyabr 2024 17:15

Azərbaycanda bu il ərzində uşaqlara ən çox qoyulan adlar məlum olub.

Milli.Az xəbər verir ki, bu ilin ötən dövrü ərzində (yanvarın 1-dən indiyədək) Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası müəyyənləşib.

Bu müddətdə körpələrə verilən isimlərin ilk onluğunda 6 qız, 4 oğlan adı qərarlaşıb.

Belə ki, bu adlar sözügedən müddətdə müvafiq olaraq 1 488 oğlana və 1 044 qıza qoyulub.

Həmin adları təqdim edirik:

1. Uğur
2. Zəhra
3. Əli
4. Yusif
5. Hüseyn
6. Zeynəb
7. Məryəm
8. Aylin
9. Fatimə
10. Mələk

Milli.Az