Türkiyə bu il 6,6 milyardlıq silah satıb

23 Oktyabr 2024 17:08

Prezident müavini Cevdet Yılmaz 2025-ci il Mərkəzi Büdcə Təklifi ilə bağlı təqdimat edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki,Cevdet Yılmaz "Bu gün müdafiə sənayesi Türkiyənin əsas iqtisadi sektoruna çevrilib. Keçən il 5,5 milyard dollar ixrac etdik, bu il təxminimiz 6,6 milyard dollar yönündədir" sözləriylə jurnalistlərin suallarına cavab verib.

"Bu gün müdafiə sənayesi Türkiyənin əsas iqtisadi sektoruna çevrilib. Keçən il 5,5 milyard dollar ixrac etdik, bu il təxminimiz 6,6 milyard dollardır. Vaxtında bizə verilməyən məhsulları indi  biz ölkələrə satırıq" .

Yılmaz müdafiə sənayesində çoxlu layihələrin olduğunu vurğulayaraq "Layihələrimizin sayı mini keçib, yaxşı işlər görürük".

Eyni zamanda Kahraramanmaraşda baş verən zəlzələlərin təsirinin sona çatdığına dair ictimai rəyin olduğunu bildirən Yılmaz "450 minə yaxın ev tikilib. Digər tərəfdən, təbii qaz, infrastruktur sərmayələri, vergi üstünlükləri, təşviqlər barədə də layihələr davam edir" sözlərini söyləyib.

Milli.Az