"APF AZA Beton Məmulatları" şirkəti ləğv olunub.
Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə şirkət özü elan yayıb.
Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini şirkətin Naxçıvanda yerləşən hüquqi ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Naxçıvanda fəaliyyət göstərən "APF AZA Beton Məmulatları" 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4 000 000 manat olan şirkətin qanuni təmsilçisi İsgəndər Alverdi oğlu Əsədovdur. O, həm də 2008-ci ildən fəaliyyət göstərən APF Beton Məmulatları Kompleksi MMC-nin qanuni təmsilçisidir.
Milli.Az