Fətullah Gülənin ölümü: Palata nömrəsi ilə bağlı şok detallar - FOTO

23 Oktyabr 2024 18:32

Türkiyəni parçalamaq, məhv etmək məqsədilə 15 iyul dövlət çevrilişi cəhdini (2016) planlaşdıran və 251 nəfərin ölümünə səbəb olan FETÖ lideri Fətullah Gülənin öldüyü palata haqqında heyrətamiz bir detal ortaya çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Türkiye Gazetesi" xəbər yayıb.

Belə ki, demensiyadan, böyrək çatışmazlığı və şəkər xəstəliyindən müalicə olunan Gülən evindən təxminən 20 dəqiqəlik məsafədə yerləşən Müqəddəs Luka xəstəxanasının ikinci mərtəbəsində 251 nömrəli otaqda ölüb.

Türklərin ölümünü "gəbərdi" kimi ifadə edən Gülənin palatasının nömrəsi "belə təsadüf ola bilməz" düşüncələrinə və "ölümlə belə şifrələməyə davam etdilər" şərhlərinə səbəb olub.

Xatırladaq ki, Fətullah Gülən oktyabrın 20-də 83 yaşında Pensilvaniyada vəfat edib.

Milli.Az