"Azərbaycanda növbəti sürət qatarı Bakı-Balakən-Bakı istiqamətində bu ilin sonunda və ya gələn ilin əvvəlində istifadəyə veriləcək".
Milli.Az bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu istiqamətdə hazırlıq işləri aparılır.
O, həmçinin qeyd edib ki, bu xətt üzrə yataq tipli vaqonlardan istifadə ediləcək. Köhnə nəsil yataq tipli vaqonlar müasirləşdirilməli olacaq, çünki uzaq məsafələrə səyahət edən sərnişinlər bu tip vaqonlara üstünlük verirlər. Hazırda bütün məsələlər hərtərəfli şəkildə nəzərdən keçirilir.
Milli.Az