Ən çox qazanan basketbolçu olacaq

23 Oktyabr 2024 15:07

NBA-da 2024/2025 mövsümündə ən çox qazanan basketbolçuların siyahısı açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Lebron Ceyms ilk pillədə yer alıb.

39 yaşlı ulduz təxminən 128,7 milyon dollar əldə edəcək. Lebronun qazancının 48,7 milyonunu klubla bağlanan müqavilədən, qalan hissəsinu isə digər gəlirlərdən əldə edəcək. Siyahıda növbəti yerləri Stefen karri və Kevin Dürant qərarlaşıb.

NBA-da 2024/2025 mövsümündə ən çox qazanan basketbolçular
1. Lebron Ceyms ("Leykers") - $ 128,7 milyon ($ 48,7 müqavilə ilə + $ 80 əlavə gəlirlər);
2. Stefen Karri ("Qolden Steyt") - $ 105,8 milyon ($ 55,8 milyon + $ 50 milyon);
3. Kevin Dürant ("Finiks Sanz") - $ 99,9 milyon ($ 49,9 milyon + $ 50 milyon);
4. Yannis Adetokunbo ("Miluoki Baks") - $ 93,8 milyon ($ 48,8 milyon + $ 45 milyon);
5. Demyen Lillard ("Miluoki Baks") - $ 64,8 milyon ($ 48,8 milyon + $ 16 milyon);
6. Coel Emiid ("Filadelfiya 76") - $ 61,4 milyon ($ 51,4 milyon + $ 10 milyon);
7. Cimmi Batler ("Mayami Hit") - $ 58,8 milyon ($ 48,8 milyon + $ 10 milyon);
8. Devin Buker ("Finiks Sanz") - $ 58,2 milyon ($ 49,2 milyon + $ 9 milyon);
9. Luka Donçiç ("Dallas Maveriks") - $ 58 milyon ($ 43 milyon + $ 15 milyon);
10. Bredli Bil ("Finiks Sanz") - $ 57,7 milyon ($ 50,2 milyon + $ 7,5 milyon).

Milli.Az