“Uniconf” (“Rot Front”, “Babayevskiy”, “Krasnıy oktyabr”) və “Agro-West DC” MMC əməkdaşlığa başlayıb - FOTO

23 Oktyabr 2024 14:40

"Agro-West DC" MMC dünya şöhrətli "Uniconf" ilə  əməkdaşlıq müqaviləsi imzalayıb.

Əldə etdiyimiz məlumata görə, "Uniconf" şirkəti Azərbaycan iqtisadi bazarının inkişaf strategiyasını dərindən analiz edərək, 2024-cü ilin payızından etibarən satış kanallarının rəsmi distribütörlüyünü "Agro-West DC" MMC şirkətinə ötürməyə başlayıb.

Məlumat üçün bildirək ki, "Uniconf" şirkəti "Rot Front", "Babaevsky", "Krasniy oktyabr", "Vdoxnoveniye", "Korovka", "Alyonka" və bir çox başqa brendlərə sahib olmaqla dünyanın ən böyük qənnadı məmulatları istehsalçılarından biridir.