Alen Simonyanın qardaşı HƏDƏFDƏ: milyonluq tenderləri...

23 Oktyabr 2024 14:20

Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşı Karlen Simonyanla bağlı erməni mətbuatında maraqlı iddialar dolaşır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə yerli "Joxovurd" qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, vaxtilə Karlen Simonyanla bağlı olan "Euroasfalt" QSC ilə əlaqədar məhkəmədə çoxlu sayda iddialar qaldırılıb. Bu şirkət Ermənistanda asfalt yolların salınması ilə əlaqədar milyonluq tenderlər qazanıb. İndi isə firmanın digər bank və qurumlarla başı bəlaya girib. Bunların içində "Arins Capital", "Rogo Insurance", "Argişti 2" adlı şirkətlərin adı çəkilir.

Milli.Az