Qadağan olunmuş 5 film - Onlar dünyada... - FOTO

26 Oktyabr 2024 16:14

Lent.az dünyada qadağan olunmuş 5 film barədə məlumat verir.

"Şeytanın əkizi" filmi Səddam Hüseynin qəddar oğluna həsr olunub.

Filmdə zorakılıq səhnələri çox olduğu üçün  baxışı qadağan edilib.

"Müsahibə" filmi Şimali Koreya liderinə sui-qəsddən bəhs edir. Bu film beynəlxalq qalmaqala səbəb olub.

"44" bədii filmi tarixi faktları təhrif elədiyinə görə qadağan edilib.

Film II Dünya müharibəsi barədədir.

"Ehtiras imperiyası" yapon filmi açıq-saçıq səhnələri insanlarda şok yaratdığı üçün qadağan olunub.

"11 sentyabr" sənədli filmi isə baş verənlərin ABŞ tərəfindən təşkil olunmuş bir oyun olduğunu iddia etdiyinə görə, efir üzü görə bilməyib.

Milli.Az