Bakıda qadın mağazadan 2 minlik paltar OĞURLADI

23 Oktyabr 2024 13:46

Bakıda mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən 2000 manat dəyərində geyim əşyaları oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon oğurluqda şübhəli bilinən 30 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

Milli.Az