"Bu, Gürcüstanda 2020-ci ildəki cəhdin təkrarıdır"

23 Oktyabr 2024 11:38

Bir çox şey Gürcüstanda hökumət çevrilişinə hazırlıqların davam etdiyini göstərir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

"Bir çox şey göstərir ki, oktaybrın 27-nə və qeyri-konstitusion hökumət dəyişikliyinə hazırlıqlar davam edir. Bunu çevriliş və ya başqa bir şey adlandıra bilərsiniz. Bu, 2020-ci ildəki cəhdin təkrarıdır", - Papuaşvili deyib.

Spiker, həmçinin müxalifətin seçki kampaniyasının ölkə xaricindən idarə olunduğunu əlavə edib.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri baş tutacaq.

Milli.Az