Sürücü sükan arxasında öldü, sərnişinlər avtobusu idarə etdi - VİDEO

23 Oktyabr 2024 12:33

Koloradoda avtobus sürücüsü hərəkətdə olan zaman ölüb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Koloradoda baş verən hadisədə avtobus sürücüsü hərəkətdə olan zaman huşunu itirirərək sükandan yıxılıb.

Sərnişinlər qaçaraq nəqliyyat vasitəsini idarə ediblər.

Həmin qorxu dolu anlar avtobusun təhlükəsizlik kamerasına saniyəbəsaniyə əks olunub.

Avtobus şirkəti qəhrəman sərnişinlərə təşəkkür edib və pulsuz səyahət kartı hədiyyə verib.

Qeyd edək ki, sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az