Kişinin xəbəri olmadan mədəsi çıxarıldı, ölümdən döndü

23 Oktyabr 2024 14:02

İstanbulda özəl xəstəxanalardan birində əməliyyat olunan kişinin xəbəri olmadan mədəsi çıxarılıb. 

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2023-cü ildə İstanbulda özəl xəstəxanalardan birində şəkər xəstəliyi üçün həkimə gedən Murat Polatın mədəsi əməliyyat zamanı ondan xəbərsiz çıxarılıb. 

Əməliyyatdan sonra 6 ayda 17 kilo arıqlayan xəstə mədəsinin bir parçasının çıxarıldığını başqa həkimə gedəndə öyrənib.

Hadisədən sonra o, özəl xəstəxananın həkimini şikayət edib.

Nərmin Mahmudova
Milli.Az