Hərbçimiz faciəli şəkildə öldü

23 Oktyabr 2024 10:45

Qubadlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az unikal-a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobilin qəzaya düşməsi nəticəsində 2002-ci il təvəllüdlü Astara rayon sakini Elnur Cabbarov həyatını itirib.

Qeyd edək ki, E.Cabbarov Azərbaycan Ordusunun zabiti idi.

Milli.Az