Türkiyəli gənc ulduza İngiltərədən sürpriz təklif

23 Oktyabr 2024 11:02

İngiltərənin "Everton" klubu "Beşiktaş"ın gənc ulduzu Semih Kılıçsoy üçün təklif hazırlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İngiltərə klubu Semih Kılıçsoyun keçidi üçün 17 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Semih Kılıçsoy bu mövsüm "Beşiktaş" forması ilə ümumilikdə 11 oyunda meydana çıxıb və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az